Vikipediya:Kənd meydanı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç


İnterfeys inzibatçıları[mənbəni redaktə et]


azwikipedia.org - Araşdırma[mənbəni redaktə et]

Hərkəsə salam,

Bir neçə gündür ki, saxta Azərbaycanca Vikipediya saytı olan azwikipedia.org (bu linkə daxil olanda avtomatik orijinal Vikipediyaya yönləndiriləcəksiniz) ilə bağlı açıq mənbə kəşfiyyatı aparırdım. Araşdırma nəticəsində tapdığım faktları icma ilə bölüşürəm:

İlk dəfə keçən ilin dekabrında @Bikar tərəfindən aşkar edilib. WHOIS qeydlərində ad serverlərinin jino.ru ünvanında olduğu və 11 aprel 2022-ci ildə yaradıldığı görünür. Bu ilin aprelində isə yenidən ödəniş edilərək domen aktiv saxlanıb. Bikarın açdığı müzakirə zamanı saytda sadəcə 2 səhifə, İlyas HəsənovSamirə Yusifqızı mövcud idi. Bu iki səhifəni birləşdirən tək şey SNS ilə silinmələridir: Xüsusi:DaimiKeçid/7562177#İlyas HəsənovXüsusi:DaimiKeçid/7562180#Samirə Yusifqızı.

İndi isə daha bir səhifə, Eldar Xəlilov peyda olub. Bəli, bu məqalə də SNS qərarı ilə silinib. Görünən odur ki, SNS-də silinən məqalələrin müəllifləri ilə əlaqə yaradırlar və məqalə bu feyk saytda yaradılır. Nə üçün? Google-da ilk sırada görünməsi üçün! Samirə Yusifqızı məqaləsinin SNS məqaləsinə göz gəzdirdikdə müzakirədə @AzeWEB (@Bakhshizada istifadəçisinin kukla hesabı) istifadəçisini gördüm. Bu istifadəçilərlə bağlı inzibatçı müzakirəsini oxumuşdum, profilin sahibinin veb developer olduğunu bilirdim.

Saytla bağlı daha ətraflı məlumat əldə etmək üçün nmap skanı başlatdım və nəticədə saytın yerləşdiyi serverin IP ünvanını əldə etdim, server Rusiyada yerləşirdi. Bakhshizada-dan şübhələndiyim üçün onun saytlarından bəzilərində də (azertimes.az, wns.az) nmap skanı başlatdım və nəticə nə oldu? Hər iki saytda eyni serverdə yerləşir. Bunu gördükdən sonra Bakhshizada-nin bütün saytlarında skan başlatdım və hamısının yerləşdiyi server ünvanı eyni çıxdı. Nmap istifadə edə bilməyib nəticəni görmək istəyənlər urlscan.io istifadə edə bilər. Qısa şəkildə, bu sayt Bakhshizada istifadəçisinə məxsusdur və digər saytları ilə birlikdə eyni serverə yerləşdirib.

Anladığım qədərilə İstifadəçi:Bakhshizada yaratdığı məqalələr silinəndən və kukla hesabı ilə birlikdə bloklanandan sonra belə bir sayt açmaq qərarına gəlib və (yəqin ki) pul qarşılığında saxta Vikipediya səhifələri yaradıb(r). Bu istifadəçi də Vikipediyanı biznesə çevirmək istəyənlərin daha bir nümunəsi olaraq tarixdə qalacaq.

Qeyd edim ki, hal-hazırda saytın tam xəritəsini çıxartmağa çalışıram. Saytda spesifik səhifələr xaric bütün keçidlər original Vikipediyaya yönləndirdiyi üçün saytda axtarış aparmaq imkansızdır. Həmçinin saytı müvafiq olaraq Vikimedia Fondunun WMF Trademark Abuse e-poçt ünvanına bildirmişəm və böyük ehtimalla tezliklə hüquqi prosedurlar başladılacaq. Bu araşdırmanın daha detallı nüsxəsini eyni ünvana göndərmişəm. Nemoralis (müzakirə) 23:30, 29 may 2024 (UTC)Cavabla

@Nemoralis araşdırmanız üçün təşəkkür edirəm. Bu dərəcədə dələduzluq haqqında netflixdə film çəkmək olar. Pul qazanmaq naminə getmədikləri şey yoxdur. Kholat Syakhl (müzakirə) 06:07, 30 may 2024 (UTC)Cavabla
Salam həmkarlar, mən əslində bu saytın tərk olunmuş olduğunu düşünürdüm. Bir müddət əvvəl yeni məqalələr axtardım amma tapmadım (Eldar Xəlilov məqaləsinin əlavəsindən qabaq olub.) İndi saytın işləmədiyini nəzərə alsaq, burdakı müzakirələrimiz də gözdən qaçmır. İşləmir deyəndə birbaşa əsl vikinin ana səhifəsinə yönləndirir. Bir müddətdən sonra yəqin ki, əvvəlki vəziyyətinə qayıdacaq. Burası qalır Trademark Abuse-un əlində. — Bikar müzakirə 06:56, 30 may 2024 (UTC)Cavabla
Belə hallar qarşı tərəfi də aldatmaq, dələduzluqdur. Əminəm ki, Azərbaycan qanunvericiliyindən bunun qarşılığı var. Kosmik Ozan utora! 07:12, 30 may 2024 (UTC)Cavabla
İndi fikir verirəm ki, saytda yerləşdirdiyi səhifələri silib, artıq onlar da bura yönləndirir. Yuxarıda əlavə etdiyim linkləri Internet Archive-da tapa bilərsiniz: [1] Nemoralis (müzakirə) 20:44, 30 may 2024 (UTC)Cavabla

TwitterABŞ[mənbəni redaktə et]

Salam. Maraqlı olanları TwitterABŞ məqalələrinin adının dəyişdirilməsi ilə bağlı müzakirələrdə iştirak etməyə çağırıram. Hörmətlə, Gadirmüzakirə 11:47, 30 may 2024 (UTC)Cavabla

X məsələsində razıyam. Artıq dəyişməyin vaxtı gəlib. ABŞ məsələsində də razıyam, həmçinin SSRİ məqaləsinin də adı dəyişdirilməlidir. Kosmik Ozan utora! 16:13, 30 may 2024 (UTC)Cavabla
ABŞ ilə bağlı müzakirə xeyli vaxtdır ki var, amma fikir bildirən azdır. Bu, sonra problem olmaz ki? Twitter məsələsi, məncə, ətraflı müzakirə olunsa, yaxşıdı, digər ikisi ilə birmənalı olaraq razılaşsam da, orada fikrimcə, daha geniş arqumentlər lazımdır. Əlaqəli müzakirələr müvafiq səhifələrdə aparılarsa, doğru olar. Hörmətlə, Gadirmüzakirə 16:22, 30 may 2024 (UTC)Cavabla
@White Demon, Avropa İttifaqı "AB" yaxud "Aİ", Avropa Şurası Parlament Assambleyası "AŞPA" və Birləşmiş Millətlər Təşkilatı da "BMT" olmalıdır? Hörmətlə, Gadirmüzakirə 20:34, 30 may 2024 (UTC)Cavabla
Mustafa Kamal Atatürk məqaləsi də "Atatürk" adlandırıla bilər (digər dillərdə necə olmasının aidiyyəti yoxdur, söhbət azərbaycancadan gedir). Hörmətlə, Gadirmüzakirə 20:06, 31 may 2024 (UTC)Cavabla
BMT ola bilər, o biriləri ilə razı deyiləm. Atatürklə də razı deyiləm. Kosmik Ozan utora! 06:31, 1 iyun 2024 (UTC)Cavabla
Atatürk ilə niyə razı deyilsiz? Atatürkün dini inancı da elə o adla verilib. Hörmətlə, Gadirmüzakirə 10:58, 1 iyun 2024 (UTC)Cavabla
Elə isə səhv verilib. Bu məntiqlə gərək Albert Eynşteyn məqaləsini Eynşteyn, Adolf Hitler məqaləsini Hitler, Volfqanq Amadey Motsart məqaləsini Motsart, İosif Stalin məqaləsini Stalin, Vladimir Lenin məqaləsini Lenin, Hayao Miyazaki məqaləsini Miyazaki, Rəcəb Tayip Ərdoğan məqaləsini Ərdoğan edək. Kosmik Ozan utora! 11:17, 1 iyun 2024 (UTC)Cavabla
Düzdü, yönləndirmə funksiyası iş görür, amma bəzən istisnalar olur da. Hörmətlə, Gadirmüzakirə 11:36, 1 iyun 2024 (UTC)Cavabla
Məsələn, Napoleon. Hörmətlə, Gadirmüzakirə 12:31, 1 iyun 2024 (UTC)Cavabla
Twitter-i məncə də X üzrə dəyişməliyik Atakhanli (müzakirə) 08:19, 2 iyun 2024 (UTC)Cavabla
Mən hələ X olması üçün tez olduğunu düşünürəm. — Bikar müzakirə 08:27, 2 iyun 2024 (UTC)Cavabla
Tvitter məqaləsi X olmalı, Tvitter üçün isə yeni məqalə yaradılmalıdır fikrimcə. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 04:34, 4 iyun 2024 (UTC)Cavabla

Vikipediya:Şikayət səhifəsinin işə düşməsi[mənbəni redaktə et]

Salamlar. Təklif edirəm ki, mübahisələrin həlli üçün Vikipediya:Şikayət səhifəsini işlədək. Səhifə üzərində lazımi işləri apardım və qalır sadəcə konsensus. Belə ki, inzibatçı səlahiyyətlərindən sui-istifadə edən inzibatçılar üçün də Vikipediya:Şikayət/İnzibatçı səhifəsi açıq olacaqdır. Əsas səhifədə mübahisələrin həlli, fəaliyyət, müəyyən redaktələr, ümumi davranış, istifadəçilərlə bağlı problemlər, məsələlər müzakirə ediləcək (bura inzibatçılar da daxil), ortaq həll yolu tapılmağa çalışılacaq. Sual çıxa bilər ki, VP:İnzibatçılara müraciət səhifəsi var. Var, amma bu səhifənin məqsədi ümumi məsələlər üçündür, blok tələb etmə, inzibatçılara müraciət üçündür yəni sırf. Bu səhifə isə elə deyil. Həmçinin Vikipediya:İnzibatçı müzakirəsi səhifəsinin də ləğvini təklif edirəm, bu səhifə heç bir işə yaramır, heç bir mahiyyəti yoxdur. İnzibatçı olmaq hansısa üstünlük daşımır, inzibatçılar ortaq qərar çıxarıb istifadəçilərin blok müddətini təyin edə bilməzlər (müəyyən qərəz də ola bilər, nəticədə insandırlar onlar da). Sözügedən səhifələrdə ümumi müzakirələr əsasında vəziyyət həll edilməzsə, müzakirəyə əsasən müəyyən müddətə bloklar təyin edilə bilər (istisna hallar xaric, bura ciddi pozuntu və uzlaşamamaq daxildir).


  1. + Lehinə: Hörmətlə, Gadirmüzakirə 00:03, 31 may 2024 (UTC)Cavabla
  2. + Lehinə:Kholat Syakhl (müzakirə) 04:26, 2 iyun 2024 (UTC)Cavabla
  3. + Lehinə: lazımlı layihədir. — Tarixi Nadir (müzakirə) 11:50, 3 iyun 2024 (UTC)Cavabla
  4. + Lehinə: Rahtlıq yaradacaq təklifdir. Redivy (müzakirə) 12:49, 3 iyun 2024 (UTC)Cavabla
  5. − Əleyhinə: məncə boşuna açılacaq olan artıq bir səhifədir. Hazırki səhifələrlə bu cür məsələlər həll olunur və ya oluna bilir. Səhifənin adından başqa nə üstünlüyü olacaq ki? — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 04:27, 4 iyun 2024 (UTC)Cavabla
  6. − Əleyhinə: VP:İBSQ-yə görə "zəruri" hal yarandıqda inzibatçının etimad səsverməsinin başladılması üçün inzibatçıların "ortaq qərar"ı lazım olur. Əgər Vikipediya:İnzibatçı müzakirəsi səhifəsi ləğv edilsə, bu qərar necə alınacaq? Bu qarışıqlığa səbəb olacaq.— Turkmen müzakirə 05:28, 4 iyun 2024 (UTC)Cavabla

Şərhlər[mənbəni redaktə et]

  • Şərh Şərh: Bizim icma üçün nə qədər effektli olub olmayacağını düşünürəm. Təklif olaraq yaxşıdır. Amma düşünürəm ki, şikayət və təkliflər üçün daha çox əlçatanlıq yaratmaq lazımdır. Əgər bu şikayət səhifəsini interfeysdə yerləşdirəcəyiksə yəni daha tez görünməsini təmin edə biləcəyiksə razıyam. Hazırda ən əl çatan və fikirlərin paylaşılıb müzakirə edildiyi yer Kənd Meydanıdır. Ən azı kənd meydanı qədər göz önündə tutdurmaq lazımdır. İnzibatçılar üçün olan müzakirə səhifəsinin ləğvinin isə əleyhinəyəm. Ona görə ki, hər nə qədər sıradan istifadəçilər də olsalar, onlar səlahiyyətlilər hesab olunurlar. Öz aralarında hər hansı bir müzakirə apara və onu sonradan açıq müzakirəyə çıxara bilərlər. Sadəcə qayda tərtib etmək olar ki, inzibatçılar sırf özləri razılaşıblar deyə hər hansı qərarı qəbul edə bilməsinlər. Qəbul etmək istədikləri qərarı icmaya təqdim edib ümumi fikirləri alsınlar. Bunlar mənim subyektiv fikirlərimdir. Hörmətlə, — Patriot (müzakirə) 20:10, 31 may 2024 (UTC)Cavabla
    Salam. Yararlığını qəbul edib sınamaqla öyrənə bilərik və şübhəsiz İMZ-dən yaxşı olacaq. Yoxsa İMZ-də müzakirə ilə səhifələrin mühafizəsi, istifadəçiləri bloklama və s. belə imtiyazlara qarşıyam. Odur ki, ləğvini dəstəkləyirəm, müzakirələr açıq getməlidir, elə daha sağlam addımlar atılacağına inanıram. Digər fikrinizə gəlincə isə, əksinə, bu səhifə menyuda olmasa yaxşıdır, ki, vikidən müəyyən qədər anlayan və müəyyən təcrübəsi olan istifadəçilər bu səhifəni bilib əsaslı müraciətlər təqdim etsinlər. Yoxsa yeni kim gəldi girib məşğul edəcək. Bir də KM ümumi müraciət və müzakirə məkanıdır. Bu səhifələrdə isə istifadəçilərlə bağlı mövzular müzakirə olunacaq. Hörmətlə, Gadirmüzakirə 20:52, 31 may 2024 (UTC)Cavabla
    Ayrı səhifə olsune şikayətlər üçün, amma indiki vəziyyətdə deyə bilmərik ki, kənd meydanı şikayətlərdən daşır, digər müzakirələr gözdən qaçır. Burdakı müraciətlərə baxılmıyandan sonra ayrıca şikayət səhifəsinə heç baxan olmuyacaq. — Bikar müzakirə 21:28, 31 may 2024 (UTC)Cavabla
    Təbii ki, istəyərik ki, heç vaxt münaqişələr və mübahisələr olmasın, amma həyatda olduğu kimi burda da bu kimi hallar qaçılmazdır. Təki boş qala elə. :) Səhifənin əsas məqsədi bloklamak yox, məsələyə həll yolu tapmaq və vəziyyəti həll etmək funksiyası daşıyacaq. Burada yoxdur, var, ya da olacaq, hazır səhifəmiz olsun, ora əlavə olunsun, orada danışılsın. Burada (girişdə də qeyd edilib) sual, xəbərləşmə, texniki, idarəetmə və digər oxşar mövzular danışılır. Bu məsələlər həmişə İMZ-də müzakirə olunub, orada da həll yolu kimi bloklanmaq, blok müddəti danışılıb, amma bu səhifə olsa, hesab edirəm danışılıb aydınlıq gətirmək mümkün olacaq, faydalı olacaq. Lüzumu halında bloklar tətbiq oluna bilər təkcə. Ciddi və davamlı pozuntu halları və istifadəçinin ortaq yola gəlməməsi və boyun qaçırması və s. Hörmətlə, Gadirmüzakirə 21:33, 31 may 2024 (UTC)Cavabla
Vikipediya:İnzibatçı müzakirəsi səhifəsinin ləğv edilməsi yaxşı fikirdir. Vikipediya:Şikayət səhifəsinin isə effektiv olacağını zənn etmirəm. Yenə də, yoxlamaq olar. — Kholat Syakhl (müzakirə) 19:02, 1 iyun 2024 (UTC)Cavabla
Elə isə təklifin lehinə səs verə bilərsiniz :) Hörmətlə, Gadirmüzakirə 02:46, 2 iyun 2024 (UTC)Cavabla
Şikayətlər üçün ayrıca səhifənin olması və həmin səhifənin daim aktiv formada işlədilməsi yaxşı hal ola bilər. Ən optimal variant isə arbitaj komitəsinin yaradılması və icmanın ən etibarlı imzalarının ortada qərarverici xüsisiyyət kimi fəaliyyət göstərməsi olardı məncə. İnzibatçı müzakirəsi səhifəsinin ləğv edilməsi təklifi də çox yerində bir fikirdir. Kholat Syakhl (müzakirə) 04:28, 2 iyun 2024 (UTC)Cavabla
Arbitaja hələ çox var. Qaydalarımız tam hazır deyil, hazırkı aktivliklə də çox çətin olar. Gələcəkdə mümkündür. Hörmətlə, Gadirmüzakirə 04:32, 2 iyun 2024 (UTC)Cavabla

Turkmen, əslində, ora müzakirə üçündür, amma ağlımda idi, sizin üçün tək problem odursa, müvafiq düzəlişləri həmin qaydaya edərik, nəticəyə uyğun olaraq. Hörmətlə, Gadirmüzakirə 06:07, 4 iyun 2024 (UTC)Cavabla

@Gadir, bəs bunu əvvəlcədən bildirmək lazımdır axı, siz bilirsiniz amma bilməyənlər var. İkincisi necə ediləcək düzəliş ? Bunu paralel şəkildə etmək lazım idi. Turkmen müzakirə 08:32, 4 iyun 2024 (UTC)Cavabla
@Turkmen, bilirsiniz bu nəyə oxşadı? Vikipediya:Sürətli silmə kriteriyaları qəbul ediləndə Vikipediya:Səhifə silmə kriteriyaları qüvvədən düşdüyü kimi, bunda da eyni haldır. Mənə onu xatırlatdı. Düzdü, qeyd edilsə, daha yaxşı olardı, amma nəticə dəyişmir. Əsas konsensusdur, o olsa, müvafiq düzəlişləri edəcəyəm. Sizin iradınız sadəcə VP:Ş/İ ilə bağlıdır, belə görürəm. İnzibatçı da istifadəçidir də. VP:İM-də ya da orada başlıq açıb danışıq başlatmaq olar. VP:İMZ-yi təkcə buna görə ayaqda saxlamaq lazım deyil. Bərabərlik yaratmaq lazımdır, "inzibatçı" önəm baxımından hansısa üst qrup deyil. Bir də o səhifə mütləq bloklama funksiyası daşımayacaq, mübahisələrin həllinə xidmət edəcək. Ümumiyyətlə, hər nə qədər səsvermədə lehinə səs vermiş olsam da, gələcəkdə bu punkt qaldırılmalıdır, məncə. 4 aydan bir bir inzibatçıya hücum etmək mümkün olmayacaq ki, sizcə? Sadəcə bu səhifədə ümumi və əsaslandırılmış arqumentlərlə danışılıb elə səsvermə başlatmaq lazımdır. Səs yox, əsaslı arqument. Yəqin ki, buna etiraz edən olmaz. Hörmətlə, Gadirmüzakirə 08:48, 4 iyun 2024 (UTC)Cavabla

Arbitraj Komitəsi[mənbəni redaktə et]

Azvikidə son zamanlarda çoxlu sayda müxtəlif qaydalar hazırlanır və qəbul edilir. Cari vəziyyət yadıma Arbitraj Komitəsi söhbətini saldı. Bir necə il bundan əvvəl sözügedən komitə ilə bağlı ayrıca səhifə hazırlanmış və çoxlu sayda məzmun tərcümə edilmişdi. Hətta maraqlı bir loqo belə hazırlanıb. Təklif edirəm ki, icma bu məsələni bir daha müzakirə etsin və üçü inzibatçı, ikisi istifadəçilərdən olmaq şərti ilə 5 nəfərlik arbitaj komitəsi seçilsin. Bu günə qədər bunu yoxlamaq qismət olmayıb, məncə mütləq yoxlamaq lazımdır.— Kholat Syakhl (müzakirə) 04:33, 2 iyun 2024 (UTC)Cavabla

@Nemoralis, @Solavirum, @Sortilegus, @Sura Shukurlu, @Atakhanli, @Eldarado, @Araz Yaquboglu, @White Demon, @Gadir, @Bikar, @Turkmen, @Toghrul R, @Nicat49, @Eminn, @Wertuose mövzu ilə bağlı fikirləriniz maraqlı olardı. Kholat Syakhl (müzakirə) 04:36, 2 iyun 2024 (UTC)Cavabla
Yuxarıdakı başlıqda fikrimi qeyd etmişəm bu barədə. Əlavə edəcəyim bir şey yoxdur. Hörmətlə, Gadirmüzakirə 04:36, 2 iyun 2024 (UTC)Cavabla
@Gadir, hazırkı aktivlik hansı tərəfdən mane olur prosesə ? Məsələn belə bir komitənin aktiv formada fəaliyyət göstərməsi üçün nə qədər aktiv istifadəçi tələb olunur ? Kholat Syakhl (müzakirə) 04:38, 2 iyun 2024 (UTC)Cavabla
Uzağa getmək lazım deyil, elə burdakı başlıqlara diqqət yetirə bilərsiniz. Bunlara maraq yoxdursa, onun idarəsi heç cürə mümkün olmayacaq. Digər yandan, qaydalar tam hazır deyil, bu da əsas məsələdir. Hörmətlə, Gadirmüzakirə 04:41, 2 iyun 2024 (UTC)Cavabla
@Gadir başlığı 10 dəqiqə əvvəl açmışam. Hal-hazırda Bakıda saat səhər 8:00-dır. İcma günə yeni başlayır. Bu qədər tələsik qərar verməyiniz nə dərəcədə doğrudur sizcə. Kholat Syakhl (müzakirə) 04:43, 2 iyun 2024 (UTC)Cavabla
Bu Komitənin yaradılması Azvikipediya üçün çox faydalı olacağını düşünürəm -- ☞QRAF☜   (✉ → ♕) 04:41, 2 iyun 2024 (UTC)Cavabla
Məncə, hələlik yuxarıdakını sınayaq, buna da vaxt gələr. Hörmətlə, Gadirmüzakirə 04:42, 2 iyun 2024 (UTC)Cavabla
@Gadir arbitaj komitəsinin yaradılması istifadəçilərdə də ciddi həvəs yaradacaq. Mövzud vəziyyətdə idarəçi sözü hər nə qədər inzibatçı sözü ilə əvəzlənsə də, istifadəçilər həlledici məsələlərdə o qədər də rol oynamırlar. Ən azından 1 il müddətinə sınaqdan keçirmək olar məncə. Digər tərəfdən ilk baxışdan bir çox qaydanın hazır olduğu görünür. Sizcə, mövzu ilə bağlı hansı qayda dilimizə tərcümə edilməyib ? Kholat Syakhl (müzakirə) 04:45, 2 iyun 2024 (UTC)Cavabla
Hər zaman Arbitraj Komitəsininİdarə Heyətinin yaradılmasını dəstəkləmişəm. Bu iki məsələni gecikdirmək olmaz. Patriot (müzakirə) 07:37, 2 iyun 2024 (UTC)Cavabla
Mən bizim kimi kiçik bir icmada effektiv olacağını düşünmürəm. Kosmik Ozan utora! 08:33, 2 iyun 2024 (UTC)Cavabla
@White Demon Arbitaj üçün necə aktiv istifadəçi tələb olunur ? Kholat Syakhl (müzakirə) 09:32, 2 iyun 2024 (UTC)Cavabla
@Kholat Syakhl, belə başa düşdüm ki, arbitraj komitəsinin 5 nəfərlik heyətinə üzv olmaq istəyirsiz? — Bikar müzakirə 08:26, 2 iyun 2024 (UTC)Cavabla
@Bikar, yox elə bir niyyətim yoxdur. Nədən elə başa düşdüz ? Kholat Syakhl (müzakirə) 08:33, 2 iyun 2024 (UTC)Cavabla
Yuxarıda Şikayət səhifəsinin işlək olmayacağı barədə narahatlıq olduğu halda, birbaşa arbitraj komitəsi yaratmağımızı dəstəkləməyiniz o təssüratı yaratdı, qaydalarımız da tam olmadığını bilirsiz. — Bikar müzakirə 08:38, 2 iyun 2024 (UTC)Cavabla
@Bikar hazır olmayan qaydalar hansılardır ? Bu arbitaj söhbəti hansısa şikayət səhifəsindən daha önəmlidir və bu məsələ 10 ildən çoxdur ki, öz həllini gözləyir. Kholat Syakhl (müzakirə) 08:50, 2 iyun 2024 (UTC)Cavabla
Bunla bağlı fikirlərimi daha öncə qeyd etmişəm, misal üçün bizdə hələ də səhifə mühafizəsi ilə bağlı qaydalar yoxdur. Nemoralis (müzakirə) 15:51, 2 iyun 2024 (UTC)Cavabla
Əslində Arbitraj Komitəsinin qurulması yaxşı olardı. Bu, inzibatçıların öz fəaliyyətlərində daha diqqətli olmasına gətirib çıxara bilər. Çünki Arbitraj Komitəsi ən üst qərarverici qurum olur və orada inzibatçı statusu olmayan redaktorlar da iştirak edir. Amma bu komitənin qurulması üçün neçə dəfə cəhd olub, hamısı yarımçıq qalıb. Aktiv redaktor sayı az olduğu üçün problemlər ortaya çıxır. Məsələn, son inzibatçı seçkilərinə baxın - eyni redaktorlar namizəd olur, seçilir, ya seçilmir, yenidən namizəd olur, eyni inzibatçılar statusdan hansısa səbəbə görə imtina edir, sonra yenə gəlib seçilir, səsvermələrdə eyni istifadəçilər münasibət bildirir. İki inzibatçı səsverməsi arasında heç 2-3 yeni səs olur, ya olmur. Belə olanda Arbitraj üçün ümumiyyətlə yeni istifadəçi namizədi, elə inzibatçı namizədi də tapmaq çətin olacaq. Yenə eyni aktiv redaktorlar hər 2-3 ildən bir gəlib Arbitrajda təmsil olunacaqlar, dəyişiklik olmayandan sonra Arbitrajın fəaliyyəti də narazılıq doğuracaq. Amma təbii ki, gələcəkdə aktivlik artarsa, mütləq belə bir komitə lazımdır.— Sortilegus (müzakirə) 08:11, 3 iyun 2024 (UTC)Cavabla
Gözəl. Bir şeyi nəzərə almırsınız ki, AK üçün aktivliklə (istifadəçi sayı) bərabər qaydaların da hazır olması mütləqdir. Qəbul olmayan bir çox vacib qaydalar var, yəni heç o mövzuda maraqlı deyilik, görünür. Bunlar olmadan axsaq olacaq. Öncə VP:İMZ kimi mənasız bir səhifə var, gəlin onu ləğv edək, bu işə VP:Ş ilə başlayaq, növbəti illərdə vəziyyətə uyğun bunu da müzakirə edib tətbiq edərik. Necə deyərlər, pillə-pillə. Vikipediya demokratiya deyil, amma diktatura, monarxiya da deyil. Demoraktiya gözəl şeydir, eyni hüquqluğu, bərabərliyi sözdə yox, əsl mənada əməldə, işdə tətbiq edək. Bu da AK üçün gedən yolda ciddi irəliləyiş və təcrübə, müsbət addım olar. Digər yandan, həvəs deyəndəki bu, çox ciddi mövzudur, məqalə yarışması deyil axı, həvəs də olsun. Sadəcə həvəs həll etmir belə şeyləri, daha çoxu lazımdır. Hörmətlə, Gadirmüzakirə 11:43, 3 iyun 2024 (UTC)Cavabla
Problem odur ki, şəffaflıq olması üçün, Arbitraj Komitəsinin şəffaf qərarları verməsi üçün üzvləri də müəyyən vaxtdan bir yenilənməlidir. Eyni adamlar həmişə olmamalıdır. Yəni ədalətli bir AK istəyiriksə, ədalətli, tərəfsiz qərarlar verən ən az 10-15 aktiv istifadəçimiz olmalıdır (mənim fikrimcə). Yəni 5 nəfər seçməklə məsələ bitmir. Bizdə isə bu cür 10-15 istifadəçi yoxdur, ona görə də düşünürəm ki, bu formada AK qurulsa, yenə eyni proseslər müşahidə olunacaq. Bunlar mənim şəxsi fikirlərimdir. Kosmik Ozan utora! 13:06, 3 iyun 2024 (UTC)Cavabla
Arbitraj Komitəsinin qurulmasını indiki halda gündəmdə tutmağı bir az mənasız hesab edirəm. Və bütün hallarda komitənin istinad edəcəyi qaydalar işlənib hazırlanmalıdır Atakhanli (müzakirə) 12:33, 3 iyun 2024 (UTC)Cavabla
Bizim icma üçün işə yaramayacağını əksinə problemlər gətirəcəyini düşünürəm. Xüsusən də tərəfsizlik mövzusunda. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 04:28, 4 iyun 2024 (UTC)Cavabla

Announcing the first Universal Code of Conduct Coordinating Committee[mənbəni redaktə et]

You can find this message translated into additional languages on Meta-wiki. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin

Hello,

The scrutineers have finished reviewing the vote results. We are following up with the results of the first Universal Code of Conduct Coordinating Committee (U4C) election.

We are pleased to announce the following individuals as regional members of the U4C, who will fulfill a two-year term:

  • North America (USA and Canada)
  • Northern and Western Europe
  • Latin America and Caribbean
  • Central and East Europe (CEE)
  • Sub-Saharan Africa
  • Middle East and North Africa
  • East, South East Asia and Pacific (ESEAP)
  • South Asia

The following individuals are elected to be community-at-large members of the U4C, fulfilling a one-year term:

Thank you again to everyone who participated in this process and much appreciation to the candidates for your leadership and dedication to the Wikimedia movement and community.

Over the next few weeks, the U4C will begin meeting and planning the 2024-25 year in supporting the implementation and review of the UCoC and Enforcement Guidelines. Follow their work on Meta-wiki.

On behalf of the UCoC project team,

RamzyM (WMF) 08:14, 3 iyun 2024 (UTC)Cavabla


SM Brothers Holding adlı istifadəçinin günahsız yerə müddətsiz bloklanması[mənbəni redaktə et]

Hamıya salam. Gadir, az əvvəl SM Brothers Holding adlı istifadəçini müddətsiz blokladı. SM Brothers Holding Azviki üçün hər zaman faydalı istifadəçilərdən biri olub və fəaliyyəti ərzində maraqlı məqalələr yaradıb. İstifadəçi haqqında hər hansısa bir şikayətin olmasını belə xatırlamıram. İstifadəçi adı qəribə görünsə də, fəaliyyətində reklam məzmunları demək olar ki, olmayıb. Ən azından mənim belə bir fakt yadıma gəlmir. Gadir isə istifadəçinin istifadəçi səhifəsini silərək onu müddətsiz bloklayıb və müzakirə səhifəsinə yazıb ki, istifadəçi VP:MÜƏSSİSƏADI kriteriyasına zidd olduğu üçün uyğunsuz hesab edilib və buna görə bloklanıb. Maraqlıdır ki, həmkara bununla bağlı 1 dəfə də olsun xəbərdarlıq edilməyib ki, zəhmət olmasa istifadəçi adınızı dəyişin. Digər maraqlı məqam ondan ibarətdir ki, sözügedən VP:MÜƏSSİSƏADI kriteriyasında yazılıb ki, bu cür istifadəçi adlarına sahib, lakin əlaqəli məqalələrdə problemli şəkildə redaktə etməyən istifadəçilər bloklanmamalıdır. Qeyd etdiyim kimi SM Brothers Holding hər hansısa reklam məzmunlu əlaqəli redaktəsi yoxdur. Həmin qaydada göstərilir ki, Bunun əvəzinə, istifadəçi adlarını dəyişdirməyə təşviq edilməlidirlər. Gadir, siz hansısa təşviq prosesi, müzakirəsi aparmısızmı istifadəçi ilə ? İcmada illərlə fəaliyyət göstərmiş istifadəçilərə qarşı bu tipli münasibət qəbuledilməzdir. Kimisə bu formada silib, atmaq qətiyyən doğru deyil.

@Nemoralis, @Solavirum, @Sortilegus, @Sura Shukurlu, @Atakhanli, @Eldarado, @Araz Yaquboglu, @White Demon, @Gadir, @Bikar, @Turkmen, @Toghrul R, @Nicat49, @Eminn, @Wertuose sizlər nə düşünürsüz bu barədə.— Kholat Syakhl (müzakirə) 12:04, 4 iyun 2024 (UTC)Cavabla
Müraciətə müzakirə səhifəmdə cavab vermişəm. Bu barədə təcrübəli həmkarlarla danışmışam, əslində prosedur belə də olmalıdır, yəni bloklanıb mesaj qoyulmalıdır, mesaj qoyanda məhəl qoymurlar çox vaxt. @Kholat Syakhl, hər şey normalar çərçivəsindədir və bu istifadəçi istifadəçi adına görə tərəfimdən bloklanan ilk istifadəçi deyil. Hər birinə də məlumatlandırıcı mesaj buraxıram. Hörmətlə, Gadirmüzakirə 12:06, 4 iyun 2024 (UTC)Cavabla
@Gadir, mən öz töhfələrimi verməyə qaldığım yerdən davam edirəm. Son yaratdığım məqalələrə baxıb bunu görə bilərsiniz. İstinad etdiyiniz müvafiq qaydada yazılıb ki, istifadəçi birinci məsələ ilə bağlı məlumatlandırılmalıdır, siz isə adamı bir başa bloklamısız. Həmçinin qeyd edilib ki, bu cür istifadəçi adlarına sahib, lakin əlaqəli məqalələrdə problemli şəkildə redaktə etməyən istifadəçilər bloklanmamalıdır. Mən sizə sual edirəm ki, sözügedən şəxsin əlaqəli məqalələrdə hər hansısa problemli redaktəsini görmüsüzmü ? Müddətsiz bloklanmış şəxsin müzakirə səhifəsində son olaraq qeyd etmisiz ki, lütfən Vikipediyada fəaliyyətinizə davam etmək istəyirsinizsə, uyğun bir ad seçərək dəyişdirilməsi üçün bura qeyd edin yaxud uyğun adda yeni bir hesab yaradın. Ciddisiz ? Bura hara tam olaraq ? Müddətsiz bloklanmış şəxs necə harasa müraciət edəcək ? Kiminsə 10 illik profilini bloklayıb, yenisi açmağını tələb etmək barədə qaydada bir bənd varmı ? Kholat Syakhl (müzakirə) 12:12, 4 iyun 2024 (UTC)Cavabla
Açığı, bu istifadəçinin niyə görə bloklandığını başa düşmürəm. İstifadəçi düz 6 ildir ki, redaktə etmir. 6 il. Belə olan halda istifadəçinin birdən birə durduq yerə bloklanmasının vikipediya üçün hansı əhəmiyyəti var? Özü də istifadəçiyə bununla bağlı heç bir xəbərdarlıq edilməyib. Düzü, edilsə belə, cavab verməyəcəkdi çox güman ki. Blok xətrinə blok edildiyini görürəm sadəcə. Kosmik Ozan utora! 12:18, 4 iyun 2024 (UTC)Cavabla
@White Demon, məsələn, təhqirli bir adı illər sonra görüb bloklamaq yanlışdır? Bu da onun kimi bir şeydir. Sadəcə burada təhqir yox, reklam elementi var. Blok xətrinə deyil. xeyr. Mən namizəd olanda inzibatçı seçilərsəm, istifadəçi adlarının təftişini görəcəyim işlərdən biri kimi qeyd etmişəm, ona əsasən bu addımı atmışam. Fəaliyyətə başlayarsa, müraciət edər və dəyişdirilib açılar. @Kholat Syakhl, lütfən diqqətlə oxuyun, fəaliyyətinə görə yox, istifadəçi adına görə bloklanıb. Belə çox hesab bloklamışam, nəyə görə məhz bu istifadəçidə belə başlıq açdığınızı anlamıram. Hörmətlə, Gadirmüzakirə 12:21, 4 iyun 2024 (UTC)Cavabla
@Gadir, çünkü sözügedən şəxs icmanın bir parcasıdır və 5 il fəaliyyət göstərməməsi onun ömürlük bloklanması üçün əsas vermir. Mən demirəm ki, istifadəçini fəaliyyətinə görə bloklamısız. Başa düşdüm ki, bu addım tərəfinizdən ona görə atılıb ki, istifadəçi adı problemlidir. Bəs siz həmin şəxsi bu barədə məlumatlandırmısızmı ? İstinad etdiyiniz qayda belə istifadəçilərin bu barədə məlumatlandırılmasını tələb edir. Həmçinin qeyd olunub ki, əlaqəli məqalələrdə problemli şəkildə redaktə etməyən istifadəçilər bloklanmamalıdır. @Gadir, istifadəçinin hər hansısa əlaqəli məqalələrdə problemli redaktələri varmı ? Varsa bunlar hansılardır ? Digər tərəfdən bloklanmış şəxs necə müraciət edəcək ki, bəs mən istifadəçi adımı dəyişdirməyə razıyam, lütfən mənim blokumu açın. Təzə hesab yaratmalıdır ? :) Kholat Syakhl (müzakirə) 12:28, 4 iyun 2024 (UTC)Cavabla
Mənim fikrimcə istifadəyə mesaj yazıb adının dəyişdirilməsi təklif edilməli və sonra keçmiş ad silinməli idi. Araz Yaquboglu (müzakirə) 12:10, 4 iyun 2024 (UTC)Cavabla
5 ildən artıqdır aktiv deyil. Nə vaxtsa bu hesab fəaliyyətə başlarsa, zatən addəyişmə üçün qeyd edilən səhifəyə müraciət edəcək. Hörmətlə, Gadirmüzakirə 12:11, 4 iyun 2024 (UTC)Cavabla
@Gadir, aktiv olmaması müddətsiz bloklanması üçün əsas verirmi ? İstifadəçi reklam məzmunlu fəaliyyət göstərməyib və qaydaları pozmayıb. İstifadəçi adı qaydalara zidd ola bilər və birinci şəxsin özünü bu barədə məlumatlandırmaq lazım deyildimi sizcə ? Çox problemli bir addım atmısız məncə. İnanın ki, sizin bu hərəkətinizi burada heç kim dəstəkləməyəcək. Həmin məntiqlə mənim istifadəçi profilimi də, bloklaya bilərsiniz ki, bu adda Rusiyada rok qrupu fəaliyyət göstərir. Yox ? Kholat Syakhl (müzakirə) 12:15, 4 iyun 2024 (UTC)Cavabla
5 ildir ki, aktiv deyilsə, niyə bloklamısız onda? Kosmik Ozan utora! 12:20, 4 iyun 2024 (UTC)Cavabla
Zamanın fərqi yoxdur. Vaxtında addım atılmayıb və gec də olsa, mən gördüm və müvafiq addımı atdım. Belə etiraz edirsinizsə, bloku aça bilərsiniz. Amma əsassız olacaq, çünki yanlış addım atmamışam. Hörmətlə, Gadirmüzakirə 12:23, 4 iyun 2024 (UTC)Cavabla
Salam @Kholat Syakhl, bu standart prosedurdur, @Gadir səhv etməyib. Turkmen müzakirə 12:30, 4 iyun 2024 (UTC)Cavabla
@Turkmen, istifadəçini mövzu ilə bağlı məlumatlandırılmamasını doğru hesab edirsiz ? Blok zamanı istinad edilən qaydada göstərilib ki, əlaqəli məqalələrdə problemli şəkildə redaktə etməyən istifadəçilər bloklanmamalıdır. İstifadəçinin hər hansısa problemli redaktəsi yoxdur axı. Kholat Syakhl (müzakirə) 12:32, 4 iyun 2024 (UTC)Cavabla
Sadəcə başa düşmürəm ki, bu istifadəçiyə qabaqcadan xəbərdarlıq edib istifadəçi adını dəyişmək barədə xahiş edildiyi halda, eyni prosedur bu istifadəçi üçün yerinə yetirilməyib. Kosmik Ozan utora! 12:36, 4 iyun 2024 (UTC)Cavabla
Söhbət blokun haqlı olub-olmamasından getmir. Razıyam ki, blok "haqlıdır". Söhbət əhəmiyyətli olub-olmamasından gedir. 6 ildir ki, fəaliyyətsiz olan istifadəçinin heç belə temadan xəbəri yoxdur yəqin ki. Ən azından bu barədə xəbərdarlıq edilməli idi. Kosmik Ozan utora! 12:33, 4 iyun 2024 (UTC)Cavabla
Zəhmət olmasa, yuxarıdakına cavab verin. Təhqir olsa, əhəmiyyətli olmayacaq yenə də? Digər vikilərdə bu istiqamətdə operativ addımlar atılır. Bizdə həmin vaxt gözdən qaça bilir və müəyyən müddət sonra görə bilirik. Viki üçün daha vacib məsələlərin belə müzakirəsinin getməsini və belə iştirak görməyi çox istərdim.. Məsələn, diqqətdən kənar qalan qaydalarla bağlı. Açmağınızı da ona görə demirəm ki, səhv etmişəm, yəni belə açın ki, töhfə verən müzakirələrə davam edə bilək, mümkün qədər. Və blok xətrinə əməliyyat görmədiyimi xüsusi bildirmək istəyirəm, fəaliyyətlərimə nəzər yetirsəniz, görərsiniz ki, IP-ləri belə, mümkün qədər çalışıram bloklamayım, sadəcə davam etdikləri halda qısa bir blok müddəti təyin edirəm. Hörmətlə, Gadirmüzakirə 12:43, 4 iyun 2024 (UTC)Cavabla
@Gadir siz mənim suallarıma cavab vermirsiniz. Sizdən xahiş edirəm ki, mənim aşağıdakı suallarıma cavab verin.
  1. İstifadəçini bloklayan zaman MÜƏSSİSƏADI qaydasına istinad etmisiz və həmin qaydada yazılıb ki, əlaqəli məqalələrdə problemli şəkildə redaktə etməyən istifadəçilər bloklanmamalıdır. İstifadəçinin əlaqəli məqalələrdə hər hansısa problemli redaktəsi tərəfinizdən aşkarlanıbmı ?
  2. İstifadəçi müddətsiz bloklanması ilə bağlı tərəfinizdən hər hansısa bir xəbərdarlıq alıbmı ? 5 ildir bura girmədiyini əsas gətirib müddətsiz bloklanması nə dərəcədə doğrudur ?
  3. VP:MÜƏSSİSƏADI qaydasında göstərilib ki, istifadəçilər bunun əvəzinə, istifadəçi adlarını dəyişdirməyə təşviq edilməlidirlər. Hər hansısa bir təşviq prosesi baş verib ?
Kholat Syakhl (müzakirə) 12:50, 4 iyun 2024 (UTC)Cavabla
Buna nəzər yetirin: VP:İQNOR. :) Hörmətlə, Gadirmüzakirə 12:52, 4 iyun 2024 (UTC)Cavabla
İstifadəçi adının hansısa şirkəti təmsil etməsinə dair sübut varmı? "SM Brothers" adlı şirkətlər qrupu varsa, ayrı məsələ. Yoxdursa, bunun şirkət adı olduğunu heç kəs deyə bilməz Toghrul R (m) 12:53, 4 iyun 2024 (UTC)Cavabla