Billboard Hot 100

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Billboard Hot 100ABŞ-də ən məşhur və nüfuzlu musiqi hit-paraddır. Həftəlik hazırlanan hit parad "Billboard" jurnalı tərəfindən tərtib edilir. Qrafik reytinqləri ABŞ-dakı satışlara (fiziki və rəqəmsal), onlayn və radio dinlənmə sayına əsaslanır.

Hazırki loqosu

Cədvəl çərşənbə axşamı Billboard veb-saytı tərəfindən onlayn olaraq ictimaiyyətə təqdim edilir, amma tarix olaraq jurnalın yayımlandığı növbəti şənbə günü qeyd edilir. Satışlar üçün həftəlik izləmə aralığı 2015-ci ilin iyulunda dəyişdirildikdən sonra hal-hazırda cümə-cümə axşamıdır.

Billboard Hot 100-ün ilk bir nömrəli mahnısı 4 avqust 1958-ci ildə Ricky Nelsonun "Poor Little Fool" mahnısı olmuşdur. 16 mart 2024-cü ildə bitən həftənin buraxılışına görə qrafikdə hal-hazırda bir nömrəli mahnı Kanye Westin Ty Dolla Sign və Rich the Kid ilə əməkdaşlıq etdiyi "Carnival"dır.

Xarici keçidlər